İmamoğlunun cangüdənləri sürücünü döydü

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun cangüdənləri ilə bağlı qalmaqal baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, İmamoğlunun cangüdənləri İstanbulun Bəylikdüzü bölgəsində dava ediblər. Belə ki, cangüdənlər avtomobillərinə yüngül zədə vuran sürücünü təqib edib və avtomobilin qarşısını kəsiblər. Ailəsinin yanında sürücünü silahla hədələyərək avtombildən endirib, daha sonra isə döyüblər.

Ətrafdakı insanların məsələyə müdaxiləsi ilə polis hadisə yerinə gəlib. İmamoğlunun cangüdənləri saxlanılaraq polis bölməsinə aparılıb.

Facebook