ASEAN-ABŞ görüşü: 7 lider gəlmədi

Cənub-şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan 10 ölkədən 7-sinin rəhbəri ABŞ-la olan sammitə gəlməyib.

Axar.az xəbər verir ki, ASEAN-ın iclasına yalnız Tailand, Vyetnam və Laosun baş nazirləri qatılıb. Sinqapur, Malayziya, İndoneziya, Bruney, Kamboca, Myanma və Filippini iclasda yalnız xarici işlər nazirləri təmsil ediblər.

Trampın özü də Tailandda keçirilən sammitə qatılmayıb. İclasda ABŞ-ı Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen təmsil edib.