Putin: "Mən də dənizçi və ya pilot olmaq istəyirdim"

Gələcək peşəmlə bağlı valideynlərim və məşqçimlə “çox çətin diskussiyalar” aparmışıq.

“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “ProyeKT Oriya” Ümumrusiya peşəkar naviqasiya forumunda çıxışı zamanı deyib.

“Əvvəllər mənim ən fərqli arzularım var idi. Bütün gənclər kimi mən də dənizçi və ya pilot olmaq istəyirdim. Bütün bunlara diqqətlə baxır, öyrənir və öz üzərimdə sınayırdım”, - Putin bildirib.

Putin həmçinin ölkədəki müxtəlif təhsil müəssisələrində olduğunu da qeyd edib.

“Gəlir, oturur, koridorda gəzirdim, ətrafda nə baş verdiyinə baxırdım. Bütün bunları öz üzərində yoxlamalı və bununla ömür boyu məşğul olacaqsanmı hiss etməlisən. Səhərlər öz işinlə məmnuniyyətlə məşğul olacaqsan, yoxsa yox? Öz işini tapdıqdan sonra gənc insan nəticəyə nail olmaq üçün çox çalışmağa hazır olmalıdır”, - Putin söyləyib.