İran ölkədəki etirazları “təşviq edəni” tapdı

Tehran “İran İnternəşnl” farsdilli televiziyanın rəhbər şəxslərinin aktivlərini dondurub.

Axar.az xəbər verir ki, bu məlumatı İran Məhkəmə Hakimiyyəti yayıb. Televiziya ölkədəki aksiyalar zaman zorakı hərəkətlərə təşviqdə ittiham edilib.

Kəşfiyyat televiziyanın fəaliyyətini analiz edib və bundan sonra kanal rəhbərliyinin hesablarına həbs qoyulub.