İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranda Taliban hərəkatının nümayəndələri ilə görüşüb.
Axar.az xəbər verir ki, bu məlumatı Talibanın mətbuat katibi Suhayl Şahin yayıb. O, Tehrana gedən nümayəndə heyətinə hərəkatın rəhbərinin müavini və Qətərdəki siyasi ofisinin rəhbəri molla Bəradar Axundun rəhbərlik etdiyini deyib.
Şahin tərəflərin görüş zamanı Əfqanıstandakı sülh prosesini müzakirə etdiklərini bildirib.