Gürcüstan müxalifəti hökumətə qarşı fəaliyyət planını açıqlayıb. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze deyib. O, etirazçıların sabah parlament binası qarşısında “utanc dəhlizi” yaradacaqlarını bildirib. Vaşadze bu aksiyanın parlamentin plenar iclası olduğu üçün keçiriləcəyini bildirib.
O, aksiyanın genişmiqyaslı olmayacağını deyib.
Cümə günü müxalifətin seçki sisteminə dəyişikliklə bağlı təqdimat keçirəcəyini deyən Vaşadze, həmçinin, Gürcüstanın Qərbdəki tərəfdaşlarıyla da əlaqələrin gücləndiriləcəyini söyləyib. Partiya rəhbəri bu tərəfdaşlar sayəsində Gürcü Arzusuna böyük təzyiqlər edilməsinə cəhdlər göstəriləcəyini bildirib.
Bununla bərabər müxalifətin cümə və ya şənbə günü genişmiqyaslı aksiya keçirməsi də nəzərdə tutulub.