Suriyalı miqrantlar üçün son 8,5 ildə 40 milyard dollar xərcləmişik.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay deyib. O, Avropa Birliyinin son 3 ildə Türkiyədə miqrantlar üçün cəmi 3,5 milyard dollar xərclədiyini xatırladıb:
“Bu maddi yük AB və beynəlxalq quruluşların söz verdiyi dəstəyi təmin etmədiyi müddət boyunca bir ölkənin tək başına öhdəsindən gələcəyi miqdar deyil. Coğrafi yaxınlıq heç bir ölkəni belə bir faciənin tək məsul tərəfi etməməlidir. Beynəlxalq ictimaiyyətdən artıq nəsihət yox, hərəkət görmək istəyirik”.