Rusiya Müdafiə Nazirliyi “Ağ dəbilqələr”in Suriyada “Cəbhət ən-Nüsrə” ekstremist qruplaşmasının döyüşçüləri ilə birlikdə hazırladığı təxribatlar barədə xəbərdarlıq edib.
Ssenari üzərində uzun müddət düşünməyə ehtiyac görülməyib və 2018-ci ilin əfsanəsi əsas götürülüb: guya respublikanın hökumət qoşunları Rusiya Aerokosmik Qüvvələri ilə birlikdə kimyəvi hücumdan istifadə edərək hava zərbələri endiriblər. Bu, Rusiya nazirliyinin fərziyyələri deyil, şahidlər tərəfindən təsdiqlənmiş məlumatlardır. 2013-cü ildə əsası qoyulmuş “Ağ dəbilqələr” Suriya hökumətinin nəzarətində olmayan ərazilərdə fəaliyyət göstərirlər. Onlar müharibə bölgələrində mülki insanları xilas etdiklərini iddia edirlər. Dəməşq “fəalları” terrorçularla əlaqədə ittiham edir, Moskva isə dəfələrlə bu təşkilatın təxribatlar təşkil etdiyinə dair məlumat verib.