Türkiyənin Suriyanın şimalında PKK/YPG terror təşkilatlarına qarşı apardığı mübarizəyə NATO-nun kifayət qədər dəstək verməməsi, Alyansın Baltikyanı ölkələr və Polşa ilə müdafiə planlarında problemlərə səbəb olub. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə NATO-ya yaxın mənbələrdən açıqlama yayılıb.
Açıqlamada bildirilir ki, NATO-nun Türkiyə ilə münasibətləri pozulduğu təqdirdə, Alyansın Rusiya siyasətinə ciddi təsir göstərəcək: “Türkiyənin NATO-dakı nümayəndəsinə Alyansdan bildirilib ki, NATO hələlik YPG-ni terror təşkilatı olaraq tanımır. Belə olan təqdirdə, nümayəndədən Alyansın müdafiə planlarını imzalaması tələb olunub. Türkiyə tərəfi isə bəyan edib ki, NATO YPG-ni terror təşkilatı kimi tanımayanadək imza atılmayacaq”.
Hələlik məsələ ilə bağlı NATO-dan və Ankaradan rəsmi açıqlama yoxdur.