Oradan salamat çıxmaq mümkünmü?


26 yaşlı ana maşınında məktəbli uşaqlarını gözləyirdi, üstünə yük maşını düşdü


 Cənub Afrikanın Port Elizabeth şəhərində baş verən bir qəza gündəm olub. 26 yaşlı qadın sürücü, ibtidai məktəbə gedən uşaqlarını götürmək üçün yaxınlıqa park edib.



Bu zaman yük maşını, yolun kənarındakı divardan aşaraq qadının olduğu avtomobilin üstünə düşüb. Sherg.az xarici mediayaya istinadən xəbər verir ki,  çarəsiz qalan qadın tamamilə əzilən maşında 40 dəqiqə qurtarılmasını gözləyib.

Ağır yaralanan qadın, dərhal təcili yardımla xəstəxanaya çatdırılıb. Həkimlər qadının bədəninin müxtəlif yerlərində çatlar olduğunu söyləyib.
Yük maşınının sürücüsü haqqında istintaq başlanılıb. 

Turan