Bütün ölkə o adamın qabiliyyətinə heyrandır
İki qulağına birdən şar taxıb burnunu bağlayır, sağdakı şar soldakından daha sürətli havayla dolur. Əhalisinin sayına görə dünyanın ikinci ölkəsi olan Hindistan, kiçik bir qəsəbədə yaşayan Chand Paşadan danışır.
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, Telangana şəhərinin Yellareddy qəsəbəsinin sakini qulağıyla heç bir problem yaşamadan 70 santimetrlik şarları şişirdə bilir.
İctimai mediada çox paylaşılan görüntülər, Paşanın iki qulağına birdən şar taxıb, burnunu bağlamasıyla başlayır. Sağ qulağına taxdığı şar, sol qulağına taxdığı şardan daha sürətli dolduğu görünür. Elektrik işləyən adam, bu qabiliyyətini uşaq olarkən kəşf etdiyini və qulağına su dolanda çölə püskürə bildiyini söyləyir.
Turan