Türkiyə polisi pravoslav Konstantinopol patriarxı Varfolomeyin evinə girən 4 oğrunu əməliyyat nəticəsində ələ keçirib.
“Huberturk” yazır ki, atışma zamanı 2 oğru yaralanıb.
Bir neçə gün əvvəl patriarx yunan həmvətənlilərinin görüşünə getdiyi zaman maska geyinən naməlum şəxslər evini qarət ediblər. Videokameralar oğruların hərəkətlərini lentə alıb.
Polis onların yerini müəyyən etdikdən sonra İstanbulun Maltəpə rayonunda xüsüsi əməliyyat keçirib və cinayətkarları həbs edib.