PKK/YPG terror qruplaşması Suriyanın Tel Abyad bölgəsindən Türkiyənin Şanlıurfa vilayətinin Ağcaqala mahalındakı nəzarət-buraxılış məntəqəsini minaatanlarla atəşə tutub.
Axar.az xəbər verir ki, hücum nəticəsində 4 türk əsgəri yaralanıb.
Yaralı əsgərlər əvvəlcə Ağcaqala Dövlət Xəstəxanasına, daha sonra isə Şanlıurfanın mərkəzinə aparılıb.
YPG-çilərin hücumundan sonra Türkiyə ordusu terrorçu hədəflərinə haubitsalarla cavab zərbəsi endirib.