Radarlardan itən hərbi təyyarə: QƏZAYA UĞRAYIB - (YENİLƏNİB)

Çili Hərbi Hava Qüvvələri radarlardan yoxa çıxan təyyarənin qəzaya uğradığını açıqlayıb. 

Gazeta.ru xəbər verir ki, hazırda ehtimal olunan qəza rayonunda təyyarə qalıqlarının axtarışı aparılır. 

“Çili Silahlı Qüvvələri məlumat verir ki, “C130 Hercules” təyyarəsi yeddi saat ərzində radio əlaqənin itirilməsindən sonra qəzaya uğramış sayılıb”, - Çili ordusundan bildirilib.

08:21

Çili HHQ-nə məxsus “C130 Hercules” təyyarəsi Antarktidaya uçuşu zamanı radarlardan itib.

“RİA Novosti” xəbər verir ki, təyyarə Punta-Arenas şəhərində yerləşən “Çabunko” bazasından Antarktidaya uçurmuş.

Təyyarə göyə qalxdıqdan sonra onunla bütün əlaqə itib. Hava gəmisinin göyərtəsində 17 heyət üzvü və 21 sərnişin olub.

Hadisənin təfərrüatları araşdırılır.