PKK parçalanır - 3 terrorçu təslim olub


PKK terror təşkilatı parçalanmağa davam edir. 

"Sherg.az" xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin yaydığı bəyanatda 2019-cu ildə terror təşkilatının 247 üzvünün Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olduğu bildirilib. 

PKK-nın parçalanmasını nümayiş etdirən açıqlamada “İraqın şimalındakı terror təşkilatına aid sığınacaqlardan qaçan daha 3 terrorçu Şırnakda təhlükəsizlik qüvvələrinə təslim olub. 2019-cu ildə bu 3 terrorçu ilə bərabər separatçı terror təşkilatının 247 üzvü Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub”.