Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya hərbi qüvvələrin göndərilməsini təsdiqləyəcək sənədi Böyük Millət Məclisinin (TBMM) müzakirəsinə təqdim edib.
“Anadolu” xəbər verir ki, sənəd yanvarın 2-də parlamentin iclasında müzakirə olunacaq.
Deputatların bu qərarı təsdiqləyəcəyi gözlənilir. “Ədalət və İnkişaf” və “Milliyətçi hərəkat” partiyalarının üzvləri Liviyaya qoşun göndərilməsini dəstəklədiklərini artıq bildiriblər.
Virtualaz.org xatırladır ki, keçən həftə Prezident R.T. Ərdoğan beynəlxalq ictimaiyyət tərəfindən tanınan Fayiz Əl-Sərracın Milli Razılıq Hökumətinin yardım istəməsindən sonra Türkiyə hökumətinin Liviyaya qoşun göndərə biləcəyini demişdi. Məhz bundan sonra Liviyanın Milli Konsensus Hökuməti rəsmi olaraq Türkiyədən hərbi dəstək istəyib.