İnquşetiyada bir qrup silahlı şəxs Maqas şəhərinin girişindəki polis postuna hücum edib.
Bu barədə “112” teleqram kanalı məlumat yayıb.
“Dekabrın 31-də axşam saatlarında naməlum şəxslər avtomobillə postdan keçərkən hüquq-mühafizə orqanlarının əməkdaşlarına odlu silahdan atəş açıblar”, - deyə məlumatda bildirilir.
Hücum nəticəsində üç polis yaralanıb. Onlardan biri - baş leytenant Zalemxan Kokorxoyev ölüb, digərləri reanimasiyadadır.
Hücum edənlər də polisin açdığı atəş nəticəsində yaralanıb. Onlar da xəstəxanadadır.
“İnquşetiya paytaxtının meriyası baş verənlərdən sonra şəhərdəki şənlikləri ləğv etmək qərarına gəlib”, - deyə kanal vurğulayır.