İraq Prezidenti Bəhram Saleh ABŞ-ın Bağdaddakı səfirliyinin qarşısında baş verən iğtişaşları pisləyib.
B. Saleh bildirib ki, Amerika səfirliyinin ərazisinə daxil olmaq cəhdi beynəlxalq müqavilələrin pozulmasıdır.
“ABŞ-ın Bağdaddakı səfirliyinə qanunsuz daxil olmaq cəhdi, İraq hökumətinin imzaladığı beynəlxalq protokol və sazişlərin pozulması deməkdir”.
İraq prezidenti, həmçinin İraq təhlükəsizlik qüvvələrini xarici nümayəndəlikləri qorumağa çağırıb və etirazçıların ABŞ səfirliyini tərk etmələrini istəyib.