Çinin cənubunda qazıntılar zamanı qədim məzarlar aşkar edilib. Spunik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırma Quançjou şəhərinin Quandun vilayətində yaşayış binasının inşaat ərazisində aparılıb.
Aşkar edilmiş ən qədim məzarlıq yerləri Xan sülaləsinə (e.ə. 206 - e.ə. 220), ən yeni məzarlıq yerləri isə Tsin dövrünə (1644-1911) aiddir. Tədqiqat zamanı alimlər çox sayda tarixi əsərlər də aşkar ediblər.
Belə ki, III-VI əsrlərə aid 13 məzarlıqdan keramika məhsulları, bürünc qablar, dəmir və muncuq məhsulları çıxarmaq mümkün olub. Eyni zamanda qazıntılar zamanı kristal, kəhrəba və əqiq hissəcikləri ilə bəzədilmiş qiymətli bir tapıntı da aşkar edilib.
Mütəxəssislərin fikrincə, yerli sənətkarlar üçün bu cür "bəzəklər" tipik deyildi, buna görə də parça yəqin ki, başqa ölkələrdən gətirilib.
Alimlər qeyd ediblər ki, belə tapıntılar "İpək yolu"nun dərindən öyrənilməsində böyük rol oynayacaq.