Tayvanda məcburi eniş etmiş “Black Hawk” hərbi helikopterin göyərtəsindəki 13 nəfərdən 10-u sağ tapılıb. Üç nəfərin axtarışı davam etdirilir.
RİA “Novosti”nin məlumatına əsasən, bu barədə ölkənin Milli Təhlükəsizlik Nazirliyi məlumat verib.
Nazirliyin nümayəndəsi mətbuat konfransında bildirib ki, Şen İmin sağ qalanların arasındadır. Müdafiə naziri Yan Deyfa xilasetmə əməliyyatına nəzarət etmək üçün hadisə yerinə yollanıb.
Qeyd edək ki, bundan əvvəl Tayvanın Müdafiə Nazirliyinin göyərtəsində yüksək rütbəli hərbi məmurlar olan helikopteri ilə əlaqə itmişdi.
“Global Times” qəzetinin verdiyi məlumata əsasən, “Black Hawk” hərbi helikopteri ilə əlaqə cümə axşamı səhər saatlarında yoxa çıxıb.
Bildirilir ki, onun göyərtəsində Baş qərargahın rəisi general-polkovnik Şen İmin və digər yüksək rütbəli hərbçilər olub.
Məlumata əsasən, helikopter yerli vaxtla təxminən 9:00-da İlan şəhəri yaxınlığında dağlıq ərazidə məcburi eniş edib. Hadisə yerinə xilasedicilər yönləndirilib.