İraq təkzib etdi: Bağdada aviazərbə endirilməyib

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Bağdadın şimalında avtomobil karvanına aviazərbə endirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə koalisiyanın polkovniki Maylz Keqqins Tvitter hesabında qeyd edib.

Qeyd edək ki, bu gecə İraqın paytaxtı Bağdadın şimalında Haşdi Şabi qüvvələrinin avtomobil karvanına havadan hücum edilməsi və nəticədə azı 5 nəfərin ölməsi haqda məlumat yayılıb. Ölənlərin arasında Haşdi Şabi liderlərinin olduğu bildirilib. Sözügedən qruplaşma isə hücumun Haşdi Şabiyə bağlı təcili yardım maşınına təşkil edildiyini açıqlayıb.