İraqın Baş naziri ölkədə üç günlük matəm elan edib


İraq Baş nazirinin səlahiyyətlərini icra edən Adele Abdel Mehdi İran generalı Qasım Süleymaninin və şiə könüllülərinin liderlərindən olan Əbu Mehdi əl-Muhandisin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsi ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. 

APA xəbər verir ki, İraq hökumətinin başçısı bu barədə rəsmi “Twitter”səhifəsində bildirib.

Matəm bu günündən etibarən saxlanılacaq.