Gürcüstanın sabiq prezidentinin oğlu hələ də süni nəfəs aparatındadır


Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın oğlu Tsotne Qamsaxurdiyanın vəziyyəti stabil ağır olaraq qalır. O, hələ də süni nəfəs aparatındadır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə T.Qamsaxurdiyanın həyat yoldaşı Anna Cabauri məlumat verib.

A.Cabauri deyib ki, T.Qamsaxurdiya hazırda Türkiyədəki klinikaların birindədir. Xəstə süni nəfəs aparatına qoşulub və hələ də reanimasiya şöbəsindədir.

Qeyd edək ki, T.Qamsaxurdiya 2019-cu il dekabrın 19-da Tbilisidə sinəsindən aldığı ağır bıçaq yarası ilə Xeçinaşvili adına Xəstəxanada cərrahi əməliyyat olunub. Sonradan o, Türkiyədəki xəstəxanalardan birinə köçürülüb.

T.Qamsaxurdiyanın yaralanmasında şübhəli bilinən 4 nəfər tutularaq istintaqa cəlb olunub.