Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar olaraq Estoniyadan sonra Litva Xarici İşlər Nazirliyi də ölkə vətəndaşlarına İraqa getməməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, Litva səyahətçilərinə edilən tövsiyədə Yaxın Şərqdəki vəziyyətin daha da kəskinləşməsinin mümkün ola biləcəyi qeyd edilir.
Nazirlik İraqdakı Litva vətəndaşlarına xüsusi ehtiyat tədbirləri görməyi, səlahiyyətli orqanların məlumatlarını daim izləməyi və təlimatlara riayət etməyi, kütləvi insan izdihamından kənar durmağı məsləhət görüb.