Gürcü nazir  "yalandı" dedi: ABŞ-ın hərbi bazaları Gürcüstana yerləşdirilməyəcək 



ABŞ-ın hərbi bazalarının Gürcüstan ərazisində yerləşdirilməsi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bu məsələ gündəmdə deyil və müzakirə olunmayacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında söyləyib.

Nazir deyib ki, hazırda Gürcüstanda ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi imkanları barədə məlumatlar yayılmaqdadır. Bunlar yalnız fərziyyələrdir və bu məsələ nəzərdən keçirilməyəcək.