Yanaraq yerə çırpılan təyyarəyə atəş açılıbmış: Stüardessa qohumlarına zəng edib

İranda təyyarə qəzasında ölən ukraynalı stüardessa qəzadan əvvəl atəş açılması barədə məlumat verib.

“Nikolayevskie Novosti”nin xəbərinə görə, Tehran yaxınlığındakı təyyarə qəzasında ölən ukraynalı stüardessa Yekaterina Statnik atəş açılması barədə məlumat verməyə müvəffəq olub.

Bildirilir ki, o, qohumlarına onlara atəş açılması ilə bağlı telefonla xəbər verib. Bundan sonra əlaqə kəsilib.

Ola bilsin ki, atəş nəticəsində təyyarədə yanğın baş verib.

Katya Statniklə bağlı sosial şəbəkələrdə Novokaxovskaya 8 nömrəli məktəbin səhifəsindəki yazı paylaşılıb:

“Katya Statnik 2009-cu il məzunudur. Hamı bu gözəl, gülərüz qızı xatırlayır. O, belə qısa həyata və bu qədər dəhşətli ölümə layiq deyildi”.