Bu gün Fransada ölkənin bir çox şəhərində pensiya islahatına qarşı 2020-ci ilin ilk ümumi tətil və nümayişi keçirilir. Təhsil Nazirliyi təhsil işçilərinin 18-20 faizinin tətilə qoşulduğunu bildirsə də, həmkarlar təşkilatı bu rəqəmin 40-50 faiz olduğunu bəyan edib.
Qravelin nüvə mərkəzinin 400-ə qədər işçisi nümayişə qoşulub. Ölkədə 8 neft emalı zavodundan 6-nın blokadaya alındığı bildirilir.
Hökumət pensiya islahatları ilə bağlı qapıların açıq olduğunu bildirsə də, pensiya yaşının dəyişməyəcəyini deyib. Bu baxımdan həmkarlar təşkilatları ümumi razılığın yaxın zamanda olmayacağını qeyd edib.
Ədliyyə naziri Nicole Belloubetin Caen şəhərində vəkillərlə görüşü zamanı pensiya islahatına etiraz əlaməti olaraq vəkil mantiyaları ayaq altına atılıb. Sosial şəbəkələrdə nazirin məsələnin nə qədər ciddi olmasını anlayaraq, verdiyi reaksiyasını əks etdirən şəkil yayılıb.
AzərTAc xatırladır ki, bu gün Fransada pensiya islahatına qarşı tətil və nümayişlərin 36-cı günüdür.