İraqlı hüquq müdafiəçiləri ABŞ-ın Bağdaddakı səfirliyinə məxsus ərazinin çox hissəsini geri tələb ediblər. “RİA Novosti” bununla bağlı sənəd əldə edib.
Yerli hüquq müdafiəçiləri Baş Prokurorluğa müraciət ünvanlayıblar. Sənədin mətnində deyilir ki, diplomatik missiyanın qeyri-qanuni yolla mənimsədiyi 15,5 hektar sahəni geri almaq lazımdır. İddiaçılar bildiriblər ki, bu ərazilərdə “mənşəyi məlum olmayan obyektlər” tikilib.
Sənəddə həmçinin vurğulanır ki, Bağdadda digər diplomatik missiyalar arasında ən böyük ərazi ABŞ səfirliyinə məxsusdur. Ərazinin ölçüsü Vatikanla müqayisə olunub.