Axtarışda olan terrorçu Türkiyə sərhədində saxlanıldı

İŞİD terror təşkilatına üzv olmaq şübhəsi ilə Beynəlxalq Polis Təşkilatı - İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olan - Danimarka vətəndaşı Türkiyə-Suriya sərhədində saxlanılıb.

Axar.az xəbər verir ki, şübhəli Suriyadakı qarşıdurma bölgəsindən qeyri-qanuni yollarla Türkiyə ərazisinə keçmək istəyərkən ölkənin Milli Kəşfiyyat Təşkilatı və Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

O, lazımi tədbirlərin görülməsi üçün müvafiq orqanlara təqdim edilib.