İslam bu Avropa ölkəsində sürətlə yayılır - Hesabat

2020-ci ildə İngiltərədə müsəlmanların sayı ilk dəfə 3 milyonu ötüb.

Axar.az xəbər verir ki, bu barədə İngiltərə hökumətinin hesabatında deyilib.

Hesabatda göstərilir ki, müsəlmanların əhalinin sayına nisbəti 2011-ci ildə 4,7 faiz idisə, 2016-cı ildə 5,6 faizə çatıb.

2020-ci ildə isə 56 milyondan çox insanın yaşadığı İngiltərədə bu rəqəmin təxminən 6 faizə çatacağı bildirilir.