Türkiyəlilərin 58 faizi Türkiyə hərbçilərinin Liviyaya göndərilməsini istəmir.
Bu nəticə İstanbul İqtisadi Araşdırma şirkətinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Liviyaya ordu yeridilməsini respondentlərin 34 faizi dəstəkləyib. Ordu yeridilməsinə “yox” deyənlərin 67 faizini 45-54 yaş arasındakı şəxslər təşkil edib.
Əsgər göndərilməsini istəyənlərin 34 faizini isə 18-24 yaş arasındakı şəxslərin təşkil etdiyi vurğulanıb.
“Liviyaya əsgər getməsin” fikrini AKP üzvlərinin 30 faizi, CHP-nin 78 faizi, HDP-nin 91 faizi, İYİ Partiyanın 88 faizi, MHP-nin isə 58 faizi müdafiə edib.