Rusiya: 55 milyardlıq silah sifarişimiz var

Xarici ölkələr üçün Rusiya silahının uzunmüddətli sifariş həcmi 55 milyard dollar təşkil edib.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Yuri Borisov deyib. Onun sözlərinə görə, Rusiyanın illik silah ixracı 14-15 milyard dollar təşkil edib. O həmçinin Rusiyanın Su-35 və Su-57 təyyarələrinin ABŞ-ın F-22 və F-35 təyyarələrindən geri qalmadığını bildirib.