Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda baş verən zəlzələdə dörd nəfər həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazirin sözlərinə görə, dağılan və zərər dəymiş tikintilər var.
Təbii fəlakət bölgəsinə təcili tibbi yardım və xilasedici briqadalar cəlb olunub. Aidiyyəti üzrə bütün dövlət qurumları təbii fəlakətlə bağlı fəaliyyət göstərir.
Xatırladaq ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də Elazığ şəhərinin Sivrice rayonunda Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib.