İranda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni vuran şəxs həbsdədir.
TASS-ın məlumatına görə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu barədə açıqlama verib.
“İranda Ukrayna təyyarəsini səhvən vuran şəxs bu gün həbsdədir”, - deyə o bildirib. Söhbətin məhz kimdən getdiyini isə nazir açıqlamayıb.
Xatırladaq ki, yanvarın 8-də MAU aivaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehranda qəzaya uğramışdı. Hadisə nəticəsində 176 nəfər həyatını itirib. Yanvarın 11-də İran təyyarənin “səhvən” vurulduğunu etiraf etdi. “The New York Times” təyyarənin iki raketlə vurulduğunu bildirib. Yanvarın 14-də təyyarənin vurulmasında əli olan ilk şəxslər həbs edilib.