SOS: Dəhşətli virusa yoluxan və ölənlərin sayı 2 dəfə artıb



 Çində yeni növ koronavirusun səbəb olduğu pnevmoniya ilə təsdiqlənmiş yoluxma hallarının sayı 2002-yə çatıb, ölənlərin sayı 56-ya qədər yüksəlib.
 RİA Novosti-nin məlumatına görə, bu barədə Çinin Dövlət Səhiyyə İşləri üzrə Komitəsi bildirib.

Məlumata əsasən, 324 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilib. Daha 2684 nəfər xəstəliyə yoluxma şübhəsi ilə nəzarət alınıb.

Çində təxminən 21,5 min insan yoluxmuş insanlarla yaxın təmasda olub və həkimlərin nəzarəti altındadır.

Qeyd edək ki, xəstəlik artıq ölkə çərçivəsindən kənara çıxıb. Virusa yoluxma halları ABŞ, Fransa, Tailand və Avstraliyada rəsmən təsdiq olunub.