Trampın səs yazısı yayıldı: Rusiya və Ukrayna...


ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı “Trump İnternational Hotel”də şam yeməyi zamanı Moskva və Kiyev arasındakı münasibətlərlə bağlı çıxışının səs yazısı ortaya çıxıb.

Axar.az xəbər verir ki, səs yazısı “Assoşeyted Press” agentliyi tərəfindən yayılıb.

Məlumata görə, şam yeməyində Trampla birlikdə biznesmenlər Lev Parnas və İqor Furman da olub.

Söhbət zamanı Tramp Ukraynanın ABŞ-ın köməyi olmadan Rusiyaya qarşı nə qədər davam gətirə biləcəyi ilə maraqlanır, eləcə də həmin vaxt ABŞ-ın Kiyevdəki səfiri işləmiş Mari Yovanoviçi vəzifəsindən azad etməyə çağırır.

Qeyd edək ki, M.Yovanoviç 2019-cu ilin mayında vəzifəsindən azad edilib. O özü açıqlamasında Trampın Dövlət Departamentinə tapşırığı sayəsində azad edildiyini bildirib.