İraqda növbəti toqquşmalar:30 nəfər yaralandı

İraqın Di-Kar əyalətinin Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələri ilə toqquşma nəticəsində 30 nəfər aksiya iştirakçısı yaralanıb.

Virtualaz.org xəbər verir ki, bu barədə "Əl Süməriyyə" kanalı məlumat yayıb.

Məlumata görə, yaralıların əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Qeyd edək ki, İraqda ötən ilin oktyabrından hökumətin istefası, korrupsiya və işsizliklə mübarizə, həyat şəraitinin yaxşılaşdırılması tələbilə aksiyalar keçirilir. Aksiyalar nəticəsində indiyədək 600-dən çox insan ölüb, 500 minə yaxın insan yaralanıb.