Qeyri-sabit hava şəraiti səbəbi ilə Qazaxıstanın paytaxtında bütün hava reysləri gecikir.
“RİA Novosti” xəbər verir ki, bunu şəhərin hava limanının mətbuat katibi Jenis Axmetjanov bildirib.
Qeyd edək ki, yanvarın 27-i güclü qar və boran səbəbindən Nur-Sultanda məktəb və ali təhsil ocaqlarında dərslər keçirilməyəcək.
“Nursultan Nazarbayev Beynəlxalq hava limanı bildirir ki, uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün hava reysləri qeyri-müəyyən müddət ərzinə təxirə salınıb. Hal-hazırda küləyin sürəti saatda 2o metr həddində çatır”, - deyə J.Axmetjanov əlavə edib.