Amerika Birləşmiş Ştatları (ABŞ) İraq dövlətindən xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyi tələb edib.
ABC telekanalı məlumat verir ki, Dövlət Departamenti bu açıqlamanı ötən gecə ABŞ-ın Bağdadda yerləşən səfirliyinin atəşə tutulmasından sonra yayıb.
ABŞ rəsmiləri Bağdadda yerləşən diplomatik nümayəndəliyin binasına beş raket atıldığını, onlardan üçünün hədəfə dəydiyini bildiriblər.
Rəsmi Vaşinqtondan gələn açıqlamada hücumun arxasında İranın dəstəklədiyi hərbi qruplaşmalar olduğu bəyan olunub.
Xatırladaq ki, ötən gün İraqın Baş naziri Adil Əbdül Mehdi diplomatik nümayəndəliklərə hücumun ölkənin ən yüksək maraqlarına və digər dövlətlərlə əlaqələrinə zərər verdiyini söyləyib.