Qazaxıstanda dörd nəfərdə koronovirus aşkar edilib. Sondakika.com-un xəbərinə görə, Almatı Beynəlxalq Hava Limanında çinli turistləri daşıyan təyyarədə axtarış aparılıb.
Nəticədə, dörd nəfərin ölümcül virusa yoluxduğu müəyyən edilib.
Virus aşkar edildikdən sonra onlar geri - Çinə göndərilib.
Səlahiyyətli şəxslər bununla bağlı verdikləri açıqlamada terminal kameralar vasitəsilə xəstələrin yüksək hərarətinin olmasını və bu səbəbdən xəstəliyi müəyyən edə bildiklərini deyiblər.
Bildirilir ki, dünən Rusiyanın Moskva şəhərinə qatarla gələn yeddi turist yüksək hərarətin olması ilə bağlı koronovirus şübhəsi ilə xəstəxanaya yerləşdiriliblər. Sonra isə onlarda koronovirusun olmadığı, sətəlcəm olduqları bildirilib. Qazaxıstanla birlikdə virusun yoluxduğu ölkələrin sayı 15-ə çatıb.
Xatırladaq ki, dəhşətli virusla bağlı ilk hadisə Çinin Uxan şəhərində qeydə alınıb. İnfeksiyanın yayılma riski ilə əlaqədar hökumət sözügedən yaşayış məntəqəsinə giriş-çıxışı bağlayıb, sonra analoji tədbirlər daha 20 əyalətdə və şəhərdə görülüb.
Qeyd edək ki, çinli epidemioloqlar koronovirusun mənbəyinin Uxan şəhərində bazarda satılan çiy ətlər olduğunu aşkarlayıblar.