Suriyada uşaqlardan ibarət 9 mülki vətəndaş öldürülüb.
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, Suriyanın şimal-qərbində baş verən hadisə Əsəd qüvvələri və onun dəstəkləyən Rusiya ordusunun hava hücumu nəticəsində baş verib. Onlardan 7 nəfəri eyni ailənin üzvüdür. Suriya İnsan Hüquqları üzrə Müşahidə təşkilatından bildirilib ki, hadisə İdlib əyalətinin Sarmina kəndində qeydə alınıb.