Hindistanda arvadını vəhşicəsinə öldürən kişi kəsik başla bir kilometr məsafədə yerləşən polis bölməsinə gedib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şənbə günü Hindistanın şimalında olan Uttar Pradeş bölgəsinin Bahadurpur kəndində baş verib. Yerli media, 30 yaşlı Akhilesh Ravatın 26 yaşlı Rajani adlı həyat yoldaşıyla dalaşdığını və hirsli ərin daha sonra evdən çıxardığı həyat yoldaşının başını kəsdiyini bildirib.
Kişi arvadının kəsik başı ilə polis bölməsinə doğru təxminən 1 kilometr hərəkət etib. Daha sonra elə yoldaca polislər tərəfindən nəzarətə alınıb.
Cütlük iki il əvvəl evlənib, bir il əvvəl dünyaya gələn körpələri xəstəlik üzündən ölüb. Rajani bu hadisədən sonra atasının evinə dönüb və bu səbəblə ikili arasında mübahisə yaşanıb. Yerli media, cani ərin həyat yoldaşını dörd gün əvvəl evinə gətirdiyini, ancaq yenə tez-tez dalaşdıqlarıni qeyd edib.
Turan