Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Cambul vilayətinin Korday rayonunda baş vermiş qanlı toqquşmadan sonra rayonun rəhbərini vəzifəsindən azad edib.
REN TV məlumat verir ki, ölkə prezidenti təxribatçıların və faciəyə səbəb olan dövlət qulluqçularının da cəzalandırılacağını bildirib.
Xatırladaq ki, 7 fevral tarixində Qazaxıstanın Cаmbul vilayətinin Korday rayonunun Masançi kəndində yerli sakinlərlə polis qüvvələri arasında toqquşma olub. Nəticədə səkkiz nəfər ölüb, yüzlərlə sakin yaralanıb. Kütləvi toqquşmalar zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb.
Kordayda hadisə ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.