Lvovda qadın qripdən ölüb


Ukraynanın Lvov vilayətində 66 yaşlı qadın qrip və kəskin respirator virus infeksiyasından ölüb. Bu barədə AZƏRTAC-a Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, A (H1N1) virusuna yoluxan qadın xəstəliyin üçüncü günü ağır halda xəstəxanaya müraciət edib. Həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Bununla ilin əvvəlindən Ukraynada qripdən ölənlərin ümumi sayı 15 nəfərə çatıb. Qripə yoluxanların 70 faizindən çoxu uşaqdır. Ona görə də yanvarın sonlarından başlayaraq Ukraynanın əksər orta məktəblərində karantin elan edilib.