Vyetnamda üç aylıq körpə koronavirusa yoluxub. “VnExpress”in xəbərinə görə, uşağa virus nənəsindən keçib.
Nənə isə Uhandan gələn Yapon şirkətinin işçisindən bu virusa yoluxub.
Hazırda körpə anası ilə karantinə alınıb. Ananın sağlam olduğu bildirilir.
Xatırladaq ki, Çinin Uhan şəhərində yaranan yeni tip koronavirusa artıq dünyanın müxtəlif ölkələrində 42 638 nəfər yoluxub, 1016 nəfər isə bu virusdan ölüb.