Suriya ordusu Dəməşq-Hələb strateji şossesini tam nəzarətinə keçirib.
Axar.az xəbər verir ki, bu məlumatı “Əl Hədat” televiziyası yayıb. Məlumata görə, Suriya ordusu keçirdiyi əməliyyatla müxalifətin əlindən sonuncu dayaq nöqtələrini ələ ala bilib.
Qeyd edək ki, Dəməşq-Hələb şosesi 432 kilometr uzunluğundadır və cənubla şimal arasındakı əsas nəqliyyat arteriyasıdır.