Türkiyə Suriya sərhədinə canlı qüvvə və hərbi texnika göndərməkdə davam edir.
Axar.az xəbər verir ki, İsgəndərun şəhərinə qatarlarla gətirilən çoxlu sayda hərbi texnika daha sonra TIR-larla sərhədə doğru göndərilib.
Qeyd edək ki, Suriya rejim qüvvələrinin hücumu nəticəsində son iki gün ərzində türk ordusu 10 şəhid verib, idlibdəki müşahidə məntəqələri isə mühasirəyə düşüb. Türk ordusunun cavab zərbəsi ilə Suriya rejiminə qulluq edən 177 əsgər məhv edilib.
Türkiyə hücumların qarşısını almaq üçün bir neçə gündür əraziyə xüsusi təyinatlılar və hərbi texnika cəlb edir.