İranın hücumu: 109 amerikalı əsgər yaralanıb


ABŞ-ın İraqdakı hərbi bazasında iran hücumları nəticəsində 109 amerikalı əsgər yaralanıb. 

“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Xəbərə görə, bu rəqəm yanvar ayının sonunda elan ediləndən 45 nəfər çoxdur.

ABŞ Müdafiə Nazirliyinin bazar ertəsi yayımlanan açıqlamasında  qeyd olunur ki, yaralanan əsgərlərdən 45-i  yüngül xəsarət alıb. 76- sı və ya təxminən 70 faizi geri qayıdıb. 27 nəfər daha bir müayinə üçün Almaniyadakı ABŞ hərbi xəstəxanasına təxliyə edilib. Onlardan 21-i Amerikaya qaytarılıb, 5-i hələ müayinədədir və biri İraqda xidmətə qayıdıb. Bundan əlavə, 7 əsgər Almaniyaya təxliyə edilib. 

Qeyd edək ki, 2020-ci ilin yanvarın 7-si və 8-də İran İraqda 5200 amerikalı əsgərin olduğu ABŞ hərbi bazasına iki  raket atıb. Buna ABŞ-ın iranlı general Qasım Süleymanini qətl etməsi səbəb olub.