Ermənistanda bir sıra dövlət qurumlarının, xüsusilə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tabeliyindəki qurumların əməkdaşları yanvar ayı üçün əməkhaqqı almayıblar.
Bu barədə “Past” qəzeti yazıb.
Nəşr sözügedən məlumatın dəqiqləşdirilməsi üçün Maliyyə Nazirliyinə müraciət edib.
“Maliyyə Nazirliyinə maliyyələşmə üçün müraciət daxil olanda, köçürmə xəzinədən avtomatik olaraq həyata keçirilir.
Maliyyə Nazirliyinin müraciəti qəbul etməsi və cavabsız qoyması mümkün deyil, çünki bu, avtomatik sistemdir”, - Maliyyə Nazirliyinin mətbuat katibi Anna Vardanyan bildirib.