Türk əsgərinə hücum edənlər əməllərinin qarşılığını ağır şəkildə ödəyəcəklər. Lazım olan cavabları ən yüksək səviyyədə Suriya tərəfində verdik. İdlibdə cavablarını aldılar, amma yetərli deyil, davam edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən tədbirlərin birində söyləyib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində antiterror əməliyyatı aparan hissələri fevralın 10-da yenidən hücuma məruz qalıb. Top atəşləri nəticəsində beş hərbçi şəhid olub, beşi yaralanıb. Türkiyə tərəfinin cavab atəşi nəticəsində isə əks tərəfdən ən azı 100 nəfər öldürülüb.